İranda təbii qaz çatışmazlığı səbəbindən 12 neft-kimya şirkətinin qazı kəsilib
İranda soyuq havalarda yaşayış evlərində təbii qaz istehlakının artması səbəbindən 12 neft-kimya şirkətinin qazı kəsilib.
İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Neft-Kimya Sənayesi İşəgötürənlər Assosiasiyasının baş katibi Əhməd Mehdevi Ebheri məsələ ilə bağlı açıqlama verib.
Ebheri Tehranda iştirak etdiyi proqramda "Daxili qaz istehlakının artması neft-kimya şirkətlərinə qazın çatdırılmasında problemlər yaradıb və 12 neft-kimya şirkətinin qazı kəsilib"-deyə açıqlama verib.
Ölkədəki neft yataqlarına sərmayə qoymağa hazır olduqlarını bildirən Ebheri əlavə edib ki, məsələ ilə bağlı 10 müqavilə hazırlanıb və Neft Nazirliyinin imzasını gözləyir.
Bu müqavilələrin imzalanması gündəlik qaz hasilatını 220 milyon kubmetr artıracaq və bu, bəzi problemləri həll edəcək.
Elektrik enerjisi və qaz çatışmazlığı olan İranda dövlət rəsmiləri, xüsusilə də prezident vətəndaşları kombilərini 2 dərəcə aşağı rejimdə işlətməyə çağırıb.
Ölkədəki enerji təchizatı çatışmazlığı və soyuq hava səbəbindən son bir ayda bir çox bölgələrdə məktəblər bağlanıb, bəzi dövlət idarələri uzaqdan işləmə vasitəsilə xidmət göstərib.
Keçən həftə paytaxt Tehranda 272 dövlət idarəsində enerjiyə qənaət təlimatlarına əməl edilmədiyi üçün təbii qaz kəsilib.
İranda iqtisadi sanksiyalar səbəbindən enerji infrastrukturuna kifayət qədər investisiya qoyulmaması ilə yanaşı, təbii qaz və elektrik enerjisi istehlakında diqqətsizlik enerji təchizatında problemlər yaradır. Xüsusilə qış aylarında sənaye, kənd təsərrüfatı sahələrində, yaşayış massivlərində qaz və elektrik enerjisinin kəsilməsi iqtisadi və sosial problemlərə səbəb olur.
ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına görə, Rusiya 47 trilyon kubmetrlə dünyada təsdiqlənmiş ən böyük təbii qaz ehtiyatlarına sahibdir, İran isə 34 trilyon kubmetrlə ən yüksək qaz ehtiyatına malik ikinci ölkədir.
Efiopiyada 3,2 milyon illik insanabənzər...
Şimali Koreyada hot-doq qadağası...
Çində 6,8 bal gücündə zəlzələ...
Zəlzələdən sonra turistlərin...
Çində fövqəladə vəziyyət rejimi tətbiq...