Nazir Kəmaləddin Heydərov Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşını təltif edib
2024-cü ilin dekabrın 25-də “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Bakı-Qroznı istiqamətində uçan təyyarəsinin Qazaxıstanın Aktau Beynəlxalq Hava Limanı yaxınlığında qəzaya uğraması ilə əlaqədar aparılan qəza-xilasetmə əməliyyatında iştirak etmiş Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin bir qrup əməkdaşı Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov tərəfindən təltif olunub.
Belə ki, nazirin imzaladığı müvafiq əmrə uyğun olaraq adları aşağıda göstərilən qazaxıstanlı xilasedicilər "Əməkdaşlığa görə" döş nişanı ilə təltif ediliblər:
- Seytalin Azamat Serikoviç
- Aminov Timur Vladimiroviç
- Aydarov Kani Manapoviç
- Karayev Sayasat Musayeviç
- Kenjeqaliyev Majit Serikbayeviç
- Kulxanov Azımbek Şındauletoviç
- Kuzembayev Erbol Axmetoviç
- Mendibayev Naurızbek Erlanulı
- Nuqumanov Ardak Koyşibekoviç
- Tleuberqenova Ayman Mınbayevna
Plastik tullantıların dəniz ekosisteminə...
İntensiv yağış yağacaq, gündüz tədricən...
Azərbaycanda daha 6 KOB subyektinə...
Ötən il Energetika Nazirliyinin “Çağrı...
Xüsusi şərtlərlə əmək pensiyası...