Xəzər dənizində suitilərin kütləvi ölümünün səbəbi məlum olub
Qazaxıstanın Manqistau vilayətində, Xəzər dənizi sahilində suitilərin ölümünün səbəbi virus neyroinfeksiyası olub.
Fhnews.az "Kazinform"a istinadla xəbər verir ki, bu barədə Mikrobiologiya və Virusologiya Elmi Mərkəzinin laboratoriya müdiri Aydın Kıdırmanov bildirib.
Mütəxəssislərin apardığı molekulyar-genetik analiz suitilərin beyin və ağciyər toxumalarında yeni virus xəstəliyinin olduğunu göstərib.
"Heyvanların beynində virusun aşkar edilməsi bunun xəstəliyin yeganə səbəbi olduğunu sübut edir", - deyə A.Kıdırmanov bildirib.
Onun sözlərinə görə, bu virus infeksiyası immun çatışmazlığı fonunda inkişaf edir və kifayət qədər öyrənilməmiş xəstəlikdir.
2024-cü ilin oktyabr-noyabr aylarında Qazaxıstanın Manqistau vilayətinin Tupkaraqan və Karakiyan rayonlarının sahillərində təxminən 2 min ölü suiti aşkar edilib.
Hindistanda ötən il yol qəzalarında 180...
Los-Ancelesdə meşə yanğınlarının sahəsi...
Çində 5,5 maqnitudalı zəlzələ baş verib...
Almatı hava limanında bir neçə reys...
Ərzurumda 4,5 bal gücündə zəlzələ baş...