Mançester aeroportu güclü qar səbəbindən uçuş-eniş zolaqlarını bağlayıb
Böyük Britaniyanın Mançester şəhərinin beynəlxalq aeroportu güclü qar səbəbindən uçuş-eniş zolaqlarını müvəqqəti olaraq bağlamaq qərarına gəlib.
Fhnews.az xəbər verir ki, bu barədə hava limanının sosial mediada yayımlanan bəyanatında deyilir.
Eyni zamanda, Lids şəhərində yerləşən “Leeds Bradford” Beynəlxalq aeroportu da kəskin hava şəraiti ilə bağlı hava nəqliyyatında gözlənilən problemlər barədə xəbərdarlıq edib.
Yanvarın 5-də Böyük Britaniyanın bəzi bölgələrinə 10 santimetrdən çox qar yağıb. Ölkənin meteorologiya xidməti güclü qar və buzlaşma səbəbindən demək olar ki, bütün ölkə ərazisində “sarı” hava xəbərdarlığı elan edib. Sky News telekanalı intensiv yağıntının ölkənin bəzi hava limanlarının uçuş-eniş zolaqlarının bağlaması ilə nəticələndiyini bildirib. Məlumata görə, əlverişsiz hava şəraiti bir çox aviareyslərin gecikməsinə və istiqamətlərinin dəyişdirilməsinə səbəb olub.
Çində zəlzələ nəticəsində ölənlərin sayı...
Məkkədə güclü yağış problemlərə yol açıb...
ABŞ aviaşirkətinə məxsus təyyarənin eniş...
Cənubi Koreyada məhkəmə Yoon haqqında...
Çinin bəzi bölgələrində yeni HMPV virusu...