Bayram günlərində təcili tibbi yardım xidmətinə ən çox çağırış yanvarın 1-də qeydə alınıb
Yeni il ilə əlaqədar qeyri-iş günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.
TƏBİB-dən bildirilib ki, respublika üzrə təcili tibbi yardım xidmətinə tətil günlərində ümumilikdə 39 min 881çağırış daxil olub. Onlardan 18 min 597-si paytaxt Bakı üzrə, 21 min 284-ü isə bölgələrdə qeydə alınıb.
Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən respublika üzrə ümumilikdə 3 min 156 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 321 nəfər Bakı üzrə, 1 835 nəfər isə bölgələr üzrə olub.
Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 2025-ci ilin yanvarın 1-də Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gündəlik 2 min 771 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.
Qeyd edək ki, çağırış səbəbləri əsasən arterial təzyiqin yüksəlməsi, müxtəlif travmalar, dispeptik əlamətlər, kardioloji, respirator xəstəliklər və s. ilə bağlı olub.
Dövlət Əmək Müfəttişliyi Xidməti üç...
Gənclər Fondu “Rəqəmsal” mövzulu qrant...
Dövlət büdcəsindən maliyyələşən bir sıra...
Plastik tullantıların dəniz ekosisteminə...
İntensiv yağış yağacaq, gündüz tədricən...