8 yanvar 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

Çində 6,8 bal gücündə zəlzələ olub: ölənlər var

07-01-2025
IMG

Çinin Tibet Muxtar Rayonunda 6,8 bal gücündə zəlzələ olub.

Fhnews.az Çin Seysmologiya Mərkəzinə istinadla xəbər verir ki, zəlzələ yerli vaxtla səhər saat 9:05-də Şiqatse şəhərinin Dinqri rayonunda qeydə alınıb. Zəlzələ ocağı yer səthindən 10 kilometr dərinlikdə olub.

Bir neçə yaşayış məntəqəsində dağıntı qeydə alınıb, Çanqsuo kəndində evlərə ziyan dəyib. Son məlumatlara görə 9 nəfər ölüb, xəsarət alanlar var.

Zəlzələnin episentirinin 5 kilometr radiusunda 7 kənd yerləşir. Hazırda həmin kəndlərdə zəlzələnin törətdiyi fəsadlar dəqiqləşdirilir.

Çin Seysmologiya Mərkəzi zəlzələnin episentirnin 200 kilometr radisusunda son 5 ildə gücü 3-dən yuxarı 29 yeraltı təkan qeydə alındığını açıqlayıb. Hazırki zəlzələ onların ən güclüsüdür.

Paylaş: