Dövlət Əmək Müfəttişliyi Xidməti üç beynəlxalq müsabiqədə uğur qazanıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Böyük Britaniyada keçirilən daha 3 beynəlxalq müsabiqədə uğur qazanıb.
Bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib. Bildirilib ki, Xidmət həmin ölkədə təşkil olunan “Corporate Coaching and Recruitment Awards 2024” və “European Enterprise Awards 2024”, həmçinin “AI CSR Awards 2024” beynəlxalq müsabiqələrinin qalibləri sırasında yer alıb.
Dövlət Əmək Müfəttişliyi Xidmətinin fəaliyyət sahələrində aparılan islahatlar, işçi və işəgötürənlərə dəstək və maarifləndirmə tədbirləri müsabiqələrin təşkilatçıları tərəfindən yüksək qiymətləndirilib. Xidmət hər 3 müsabiqədə sertifikata layiq görülüb.
Aktauda təyyarə qəzasında xəsarət alan...
Ali Məhkəmə boşanan valideynlərlə və...
AQTA: İndiyədək 446,1 min iribuynuzlu...
Vaxtında peyvənd almış şəxs qripə...
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti...