BƏƏ-nin aviaşirkəti Soçi və Mineralnıye Vodıya uçuşların dayandırılması müddətini uzadıb
“Flydubai” (BƏƏ) aviaşirkəti Dubaydan Mineralnıye Vodı və Soçiyə uçuşların dayandırılması müddətini yanvarın 22-dək uzadıb.
Fhnews.az xəbər verir ki, bu barədə şirkətin nümayəndəsi "İnterfaks" agentliyinə bildirib.
"Texniki səbəblərə görə “Flydubai” aviaşirkətinin Dubay Beynəlxalq Hava Limanı ilə Mineralnıye Vodı və Soçi hava limanları arasında uçuşları 22 yanvar 2025-ci il tarixinədək müvəqqəti olaraq dayandırılıb", - o bildirib.
Daha əvvəl aviaşirkət dekabrın 28-dən 2025-ci il yanvarın 5-dək Soçi və Mineralnıye Vodıdan Dubaya reysləri ləğv etmişdi.
Boliviyada daşqınlar 16 nəfərin həyatına...
Kaliforniyada meşə yanğınlarına görə 80...
La Sagrada Familianın tikintisi 2026-cı...
Misirdə 4 min illik tarixi tapıntı...
NASA Aydan Yerin maqnit sahəsini...