9 yanvar 2025, cümə axşamı Bakı, 9°C
IMG-LOGO

AK Çindəki virusla əlaqədar Avropada pandemiya riski görmür

08-01-2025
IMG

Avropa İttifaqı (Aİ) Çində yayılan metapnevmovirus səbəbindən yeni pandemiyaya hazırlaşmağa ehtiyac görmür.

Fhnews.az xarici mətbuata istinadən xəbər verir ki, bunu Avropa Komissiyasının nümayəndəsi Yeva Qrntsirova bildirib.

"Hazırda pandemiyaya hazırlaşmağa ehtiyac yoxdur, biz Çindəki vəziyyətdən xəbərdarıq, tibbi agentliyimiz vəziyyəti izləyir. Bununla bağlı yaxın həftələrdə Səhiyyə Komitəsində müzakirələr aparılacaq", - o qeyd edib.

Qeyd edək ki, daha əvvəl Çinin Xəstəliklərə Nəzarət və Profilaktika İdarəsi şimal əyalətlərində virusun yayılması barədə məlumat verib.

Paylaş: