İrlandiyada minlərlə insan susuz və işıqsız qalıb
İrlandiya Respublikasında minlərlə insan soyuq hava şəraitində susuz və işıqsız qalıb.
Fhnews.az xəbər verir ki, ölkənin böyük hissəsi qar və buzla müşayiət olunan soyuq hava şəraitindən əziyyət çəkir. Bir neçə bölgədə məktəblər bağlı qalıb. Soyuq hava şəraiti avtobus və dəmir yolu xidmətlərinə də ciddi şəkildə təsir edib. Soyuğun ən çox təsir etdiyi ərazilər arasında Kork, Kerri, Tipperari və Limerik qraflıqları ilə cənubi Lenster bölgəsinin adı çəkilir.
İrlandiyanın milli hava proqnoz xidməti “Met Eireann” ölkənin bütün ərazisi üçün qar və buzla bağlı yeni sarı xəbərdarlıq yayımlayıb. Bu xəbərdarlıq yerli vaxtla cümə günü saat 06:00-ya qədər qüvvədədir.
22 qraflıq üçün isə aşağı temperatur və buzlanma ilə bağlı narıncı xəbərdarlıq edilib. Bu xəbərdarlıq çərşənbə axşamı yerli vaxtla saat 20:00-dan başlayaraq çərşənbə günü saat 10:00-a qədər qüvvədə olacaq.
İşığa təsiri ilə sümüyü bərpa edən...
Britaniya qanunsuz miqrasiya...
Türkiyədə kibertəhlükəsizlik idarəsi...
Alkoqolun xərçənglə əlaqəsi varmı? -...
İtaliyada itkin düşən alpinistlərdən...