Skopye ən çox hava çirkliliyi olan şəhərlər sırasında ikinci yerdədir
Şimali Makedoniyanın paytaxtı Skopye hava çirkliliyinə görə dünyanın böyük şəhərləri və paytaxtları siyahısında ikinci pillədə qərarlaşıb.
Fhnews.az xəbər verir ki, bu barədə mərkəzi ofisi İsveçrədə yerləşən “IQAir” hava keyfiyyəti texnologiyası şirkəti məlumat yayıb.
Skopyedə havanın keyfiyyət indeksi 180 olaraq qeydə alınıb. Şəhər havanın keyfiyyətinə görə qeyri-sağlam olaraq təsnif edilib.
Mütəxəssislərin fikrincə, ümumilikdə Qərbi Balkan regionunda sənaye obyektləri, nəqliyyat, tullantıların yandırılması və fərdi istilik sistemləri xüsusilə qış aylarında havanın çirklənməsinin ən böyük səbəblərindəndir.
Siyahıda ilk sırada havanın keyfiyyət indeksi 196 olan Banqladeşin paytaxtı Dəkkə, üçüncü pillədə isə Pakistanın Lahor şəhəri (keyfiyyət indeksi 172) yer alıb.
Qeyd edək ki, “Swiss IQAir” şirkəti dünyada 10 mindən çox ölçmə stansiyasına malikdir və havanın keyfiyyətini ölçür.
İşığa təsiri ilə sümüyü bərpa edən...
Britaniya qanunsuz miqrasiya...
Türkiyədə kibertəhlükəsizlik idarəsi...
Alkoqolun xərçənglə əlaqəsi varmı? -...
İtaliyada itkin düşən alpinistlərdən...