8 yanvar 2025, çərşənbə Bakı, 9°C
IMG-LOGO

İranda 5,2 bal gücündə zəlzələ baş verib

07-01-2025
IMG

İranın cənubundakı Buşehr əyalətində 5,2 bal gücündə zəlzələ baş verib.

Tehran Universitetinin Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Buşehr əyalətinin Cem şəhəri olan 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 20.29-da qeydə alınıb.

Zəlzələ yerin 20 kilometr dərinliyində baş versə də, can itkisi olub-olmadığı ilə bağlı hələlik açıqlama verilməyib.

Paylaş: