Melburn hava limanında təyyarənin eniş şassisi havaya qalxarkən yanıb
Melburn hava limanında Əbu-Dabiyə qalxmağa hazırlaşan “Etihad Airways”ə məxsus EY461 saylı Boeing 787 tipli təyyarənin eniş şassisi yanıb və təkərləri partlayıb. Melburn Hava Limanından verilən açıqlamada hadisənin gediş və enişlərdə gecikmələrə səbəb olduğu, lakin aviasiya xilasetmə və yanğınsöndürmə xidmətlərinin sürətlə müdaxilə etdiyi bildirilib. Təyyarədə olan 271 sərnişin avtobuslarla terminala aparılarkən uçuş-enmə zolağında təmir işlərinə başlanılıb.
“Etihad Airways” yaranan narahatlığa görə üzr istəyib və qeyd edib ki, sərnişinlərin və ekipaj üzvlərinin təhlükəsizliyi və rahatlığı onların prioritetləridir.
Yaponiyada 6 maqnitudalı zəlzələ olub...
Efiopiyada 3,2 milyon illik insanabənzər...
Şimali Koreyada hot-doq qadağası...
Çində 6,8 bal gücündə zəlzələ...
Zəlzələdən sonra turistlərin...