Hanoyda hava çirkliliyi yüksək həddə çatıb
Vyetnam mətbuatının məlumatına görə, İsveçrədə yerləşən beynəlxalq hava çirkliliyinin ölçülməsi təşkilatı “AirVisual” Hanoyda havada PM2.5 çirkləndirici hissəciklərin konsentrasiyasının Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi miqyasdan 13,2 dəfə yüksək olduğunu müəyyən edib.Buna görə paytaxtın bəzi bölgələrində Hava Keyfiyyəti İndeksi (AQI) "təhlükəli" olaraq təyin olunan 300 həddini keçərək 309-a yüksəlib.
Bu səbəbdən vətəndaşlara maska taxmaq tövsiyə edilib və havanın çirklənməsini azaltmaq üçün motosikletlərdən istifadənin məhdudlaşdırılması və ictimai nəqliyyata üstünlük verilməsi istənilib.
ABŞ-də kosmosa buraxılışlarda problemlər...
Muğlada 4 bal gücündə zəlzələ olub...
ABŞ-ın 5 ştatında sərt qış şəraiti ilə...
Kerç boğazında tankerlərin qəzaya...
Partlayaraq planeti soyudan vulkan 200...