5 yanvar 2025, bazar Bakı, 4°C
IMG-LOGO

FTB: Nyu Orleandakı terrorçu təkbaşına hərəkət etməyib

02-01-2025
IMG

Federal Təhqiqat Bürosu  ABŞ-nın Luiziana ştatının Yeni Orlean şəhərində avtomobillə hücum təşkil edən 42 yaşlı ABŞ vətəndaşı Şəmsud Din Cabbarın təkbaşına hərəkət etmədiyinə inandıqlarını açıqlayıb.

Luiziana ştatının qubernatoru Ceff Landri, Yeni Orlean meri LaToya Kantrell, FTB-nin xüsusi agentinin müavini Alethea Duncan, New Orleans Polis Departamentinin komissarı Enn Kirkpatrick və Luiziana ştatının polis baş komissarı Robert  Hodges hücumla bağlı birgə mətbuat konfransı keçiriblər.

FTB-nin xüsusi agentinin müavini Duncan  verdiyi açıqlamada istintaqın "terror hücumu" olaraq həyata keçirildiyini və davam etdiyini bildirib.
Şübhəlinin avtomobilindən düşdüyünü və maşını ilə kütlənin içinə girdikdən sonra atəş açdığını bildirən Duncan yerli hüquq-mühafizə orqanlarının cavab atəşi açdığını bildirib.

Hüquq-mühafizə orqanları ölən şübhəlinin ölkəyə nə zaman daxil olduğunu və İŞİD-lə əlaqəsinin olub-olmadığını müəyyən etməyə çalışır. Bildirilir ki, yük maşından İŞİD-in bayrağı tapılıb.

Paylaş: