İsveçdə mübahisəli qərar: Nəsli kəsilməkdə olan növlər üçün ov icazəsi
İsveçdə hökumət canavar populyasiyasını yarıya endirmək məqsədi ilə ova icazə verib. Təbiəti mühafizə qrupları bu addımın Avropa İttifaqının qanunlarına zidd olduğunu iddia edərək sərt şəkildə tənqid edirlər. Hökumətin razılığı ilə ümumilikdə 30 canavarın ovlanmasına icazə verilib.
Qorunan növlərə dair Avropanın Bern Konvensiyası bu növlərin populyasiyalarının dayanıqlı səviyyədən aşağı düşməsini qadağan edir.
İsveçdə canavar populyasiyası 2022-2023-cü illərdə 20 faiz azalıb və hazırda 375 canavarın qaldığı qeyd edilir.
Artan ov təzyiqi bu azalmada təsirli olub.Qeyd edək ki, İsveç hökuməti ilin əvvəlində “müvafiq qorunma statusu” üçün canavarların minimum sayını 300-dən 170-ə endirmək qərarına gəldiyini açıqlamışdı.
Tənqidçilər qərarın İsveçin canavar populyasiyasını daha da təhlükə altına alacağını deyirlər.
Məlumat üçün bildirək ki, 1966-1983-cü illər arasında İsveçdə canavarlar ümumiyyətlə çoxalmayıb və bu növün ölkədə mövcudluğu hələ də Beynəlxalq Təbiəti Mühafizə İttifaqının qırmızı siyahısında "təhlükə altında" kimi qeyd olunur.
Canavar ovu istiqamətində bu cür addımlar təkcə İsveçlə məhdudlaşmır. Avropa İttifaqı canavarların mühafizə qaydalarını yumşaltmağa hazırlaşır. Avropa Komissiyası canavarların sayının artması səbəbindən Yaşayış Yerləri Direktivinə yenidən baxmağı düşünür.
Bern Konvensiyasına əsasən, 7 mart 2025-ci il tarixindən etibarən canavarların qorunma statusu "ciddi mühafizə"dən "mühafizə olunan" vəziyyətə salınacaq. Bu dəyişiklik Yaşayış Yerləri Direktivinə düzəlişlər üçün yol aça bilər.
Mövzu ilə bağlı İsveç Ətraf Mühitin Mühafizəsi Agentliyindən hələlik heç bir açıqlama verilməyib.
Çində marketdə yanğın nəticəsində 8...
Türkiyənin Malatya şəhərində zəlzələ...
Bu gün Günəş Yerə ən yaxın məsafədə...
Böyük Britaniyada xərçəngə qarşı...
Braziliyada AZAL-ın qəzaya uğrayan...