Fransada həbsxanalarda doluluq səviyyəsi artıb
Fransadakı əlverişsiz şərtlər səbəbiylə gündəmdə qalmağa davam edən həbsxanalarda doluluq nisbəti dekabr ayında yüzdə 129,5 olaraq qeyd edilib.
Fransanın RFI radiosunun məlumatına görə, həbsxanalarda doluluq nisbəti hər ay artır və hazırda ölkə üzrə 62 min nəfərlik həbsxanalarda 81 minə yaxın məhbus var.
Ədliyyə Nazirliyinin ötən ay verdiyi məlumata görə, cəzaçəkmə müəssisələrində doluluq 129,5 faiz təşkil edib. Yaşayış şəraitinin kifayət qədər pis olduğu 15 həbsxanada doluluq 200 faizə yaxındır.
Həddən artıq doluluq səbəbindən 4 mindən çox məhbus yerdə yatmağa məcburdur.
Fransada yeni Fransua Bayrou hökumətində ədliyyə naziri təyin edilən Gerald Darmanin vəzifəsinin ilk günlərində həbsxanalardakı problemi həll etmək üçün bəzi islahatlar planlaşdırdıqlarını bildirmişdi.
Bu çərçivədə Darmanin qısa müddətli yeni həbsxanalar inşa edəcəklərini açıqlayıb.
Çində marketdə yanğın nəticəsində 8...
Türkiyənin Malatya şəhərində zəlzələ...
Bu gün Günəş Yerə ən yaxın məsafədə...
Böyük Britaniyada xərçəngə qarşı...
Braziliyada AZAL-ın qəzaya uğrayan...