5 yanvar 2025, bazar Bakı, 6°C
IMG-LOGO

TƏBİB: Bayram günü zəhərlənmə ilə bağlı 28 müraciət qeydə alınıb

03-01-2025
IMG

Bayram günü (31.12.2024-cü il) Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə zəhərlənmə şübhəsi ilə bağlı 28 müraciət daxil olub.

Fhnews.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, müraciət edənlərdən 14-ü alkoqol, 5-i dərman, 6-si dəm qazı, 2-si allergik reaksiya, bir nəfər isə botilizmlə zəhərlənib.

Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, ambulator müalicə üçün evə buraxılıblar.

Paylaş: