“JetBlue” gecikmələrə görə 2 milyon dollar cərimələnib
ABŞ Nəqliyyat Departamenti “JetBlue” aviaşirkətini uçuşlarda gecikmələrə görə 2 milyon dollar cərimələyib.
Nazirlikdən verilən açıqlamada “JetBlue”nun davamlı uçuş gecikmələri səbəbindən cəzalandırıldığı bildirilib.
Açıqlamada “JetBlue”nun bir çox gecikmiş uçuşlar həyata keçirdiyi üçün 2 milyon dollar cərimə olunduğu və Nəqliyyat Nazirliyinin ilk dəfə olaraq bir hava yolu şirkətinə gecikmələrə görə cərimə kəsdiyi bildirilib. Sözügedən cəzanın yarısı şirkətin gecikmələrindən təsirlənən müştərilərə kompensasiya kimi ödəniləcək.
ABŞ-də kosmosa buraxılışlarda problemlər...
Muğlada 4 bal gücündə zəlzələ olub...
ABŞ-ın 5 ştatında sərt qış şəraiti ilə...
Kerç boğazında tankerlərin qəzaya...
Partlayaraq planeti soyudan vulkan 200...