5 yanvar 2025, bazar Bakı, 4°C
IMG-LOGO

Çindən 28 ABŞ şirkətinə ixrac qadağası

02-01-2025
IMG

Çin ABŞ-nın 28 müdafiə sənayesi şirkətinə hərbi və mülki “ikili təyinatlı məhsulların” ixracını qadağan etdiyini açıqlayıb. Çin Ticarət Nazirliyi tərəfindən edilən açıqlamada "milli təhlükəsizliyi qorumaq və silahların yayılmasının qarşısını almaq üçün beynəlxalq öhdəliklərini yerinə yetirmək üçün Çin şirkətlərinin bu şirkətlərə ixracı qadağan edildiyi" bildirilib.

Nazirlik Çinlə suverenlik mübahisəsi olan Tayvana silah satışına görə 10 ABŞ şirkətinin "etibarsız qurum" siyahısına daxil edildiyini açıqlayıb.Çin şirkətlərinin birinci qrupdakı 28 şirkətə "ikili istifadəli məhsullar" satması məhdudlaşdırıldığı halda, ikinci qrupdakı 10 şirkətlə Çin şirkətləri arasında bütün əməliyyatlar və bu şirkətlərin Çinə investisiya qoyması qadağan edilib. 

Pekin administrasiyası sonuncu dəfə dekabrın 24-də Amerikanın 13 müdafiə sənayesi şirkəti və 6 idarəçiyə ABŞ-nın Tayvana silah satışında vasitəçi olduqlarını əsas gətirərək sanksiya tətbiq edəcəyini açıqlamışdı.

Paylaş: