Misirin qadın fironu Hatşepsutun məbədində yeni əsərlər aşkar edilib
Misirli arxeoloq Zahi Havassın araşdırmaları nəticəsində Qədim Misirin 18-ci sülaləsi dövründə hökmdarlıq edən qadın firon Hatşepsutun Luksor məbədində tapılan əsərləri ictimaiyyətə təqdim edilib. Tapıntılar arasında həmin dövrə aid qab-qacaq, daş lövhələr və bəzi tabutlar var.
Qeyd edək ki, Hatşepsut tarixdə adı qeydlərə keçən qədim Misirin qadın fironudur. Hatşepsutun uzun idarəçiliyi zamanı Misirdə ticarət və tikinti işləri geniş vüsət alıb. O, sadəcə qadınlar arasında deyil, bütün fironlar arasında ən uğurlu hakimiyyətə sahib olmuş fironlardan sayılır. Hatşepsutdan sonra taxta çıxan firon onun adını yazılı mətnlərdən sildirir və mumiyasını gizlədir. 1903-cü ildə Hovard Karter tərəfindən tapılan bir məzardakı mumiyanın 1990-cı ildə müasir metodlarla araşdırılması onun Hatşepsutun itmiş mumiyası olduğunu aşkara çıxarır.
İşığa təsiri ilə sümüyü bərpa edən...
Britaniya qanunsuz miqrasiya...
Türkiyədə kibertəhlükəsizlik idarəsi...
Alkoqolun xərçənglə əlaqəsi varmı? -...
İtaliyada itkin düşən alpinistlərdən...