5 yanvar 2025, bazar Bakı, 4°C
IMG-LOGO

ABŞ-da yeni ilin ilk qanlı hadisəsi

01-01-2025
IMG

ABŞ-da avtomobilin izdihamın üzərinə sürülməsi nəticəsində ilkin məlumata görə, 10 nəfər ölüb, ən azı 35 nəfər yaralanıb.

New Orleans polisi bildirib ki, hadisə yerli vaxtla saat 03.15-də şəhərin “Fransız məhəlləsi” kimi tanınan ərazidə Yeni il şənliklərinin keçirildiyi Kanal və Burbon küçələrinin kəsişməsində baş verib.

CNN-in məlumatına görə, avtomobilin sürücüsü hadisədən sonra avtomobildən düşüb və ətrafa atəş açıb. New Orleanın təbii fəlakətə hazırlıq agentliyi "NOLA Ready" verdiyi açıqlamada yaralıların şəhər daxilində 5 xəstəxanaya aparıldığını, müalicə alan yaralılardan 3-nün vəziyyətinin ağır olduğunu  bildirib.

Ağ Evdən verilən yazılı açıqlamada, ABŞ prezidenti Co Baydenin hadisə ilə bağlı məlumatlandırıldığı və Nyu Orlean meri LaToya Kantrell ilə əlaqə saxladığı bildirilib.

Açıqlamada FTB-nin sahədə araşdırmalara dəstək verməyə başladığı vurğulanıb və Baydenin gün ərzində hadisə ilə bağlı məlumatlandırılmasının davam edəcəyi bildirilib.

FTB hadisənin terror hücumu kimi araşdırılacağını bildirib. FTB-dən verilən yazılı açıqlamada, Burbon küçəsində avtomobillə kütlənin arasına girən şəxsin yerli hüquq-mühafizə orqanları ilə qarşıdurmada öldürüldüyü bildirilib.

Paylaş: