4 yanvar 2025, şənbə Bakı, 10°C
IMG-LOGO

İtalyanın Milan şəhərində açıq yerlərdə siqaret çəkməyə qadağa qoyulub, 240 avro cəriməsi var

01-01-2025
IMG

2025-ci il yanvarın 1-dən İtaliyanın Milan şəhərində açıq yerlərdə siqaret çəkməyi qadağan edən qayda qüvvəyə minib.

Fhnews.az xəbər verir ki, bu barədə CNN Türk məlumat yayıb.

Məlumata görə, bu gündən Milanda açıq yerlərdə siqaret çəkmək rəsmən qadağan edilib. Qadağa parklar, meydanlar, kafelər və səkilər kimi ictimai yerlərə şamil ediləcək.

Siqaret çəkmək istəyənlərə digər insanlardan ən azı 10 metr məsafədə olmalıdır. Onlara müəyyən təcrid olunmuş yerlərdə siqaret çəkməyə icazə veriləcək. Qadağaya əməl etməyənləri 40-240 avro arasında cərimə gözləyir.

Paylaş: