4 yanvar 2025, şənbə Bakı, 9°C
IMG-LOGO

Bolqarıstan və Rumıniya Avropa İttifaqının vizasız səyahət zonasına daxil olub

01-01-2025
IMG

Bolqarıstan və Rumıniyanın Avropa İttifaqının  vizasız səyahət zonası olan Şengenə qoşulması ilə bağlı verilən qərar icra edilib. Aİ Şurasının 2024-cü il dekabrın 12-də qəbul etdiyi qərara əsasən, bu gündən etibarən Bolqarıstan və Rumıniya de-fakto Şengenə daxil edilib.

Üzv dövlətlərin iki ölkənin Avropa İttifaqının  azad səyahət zonasında iştirakı ilə bağlı razılığa gəlməsi üçün vaxt lazım idi.

Sonuncu dəfə Hollandiya, Macarıstan və Avstriya tərəfindən əngəllənən iki ölkə ilk dəfə 31 mart 2024-cü ildə dəniz və hava yolu ilə Şengenə daxil edilib.

Avstriya immiqrasiya və korrupsiya kimi səbəblərə görə veto qərarını geri götürdükdə iki ölkə qarşısındakı maneə aradan qaldırılıb.

Rumıniya və Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olublar. Aİ Komissiyası 2011-ci ildə Sofiya və Buxarestin Şengenə daxil edilməsi ilə bağlı öz fikrini bildirib.

Paylaş: