Seneqal 2025-ci ildə fransız əsgərlərini ölkədən göndərəcək
Seneqal prezidenti Bassirou Diomaye Faye bildirib ki, ölkədəki bütün xarici hərbi mövcudluq bu il ərzində sona çatacaq. Prezident Fey Yeni il münasibətilə milli müraciətində ölkənin gündəliyi ilə bağlı açıqlamalar verib.
Seneqalın müstəqil ölkə olduğuna diqqət çəkən Faye müstəqil bir ölkədə heç bir xarici əsgərin olmaması lazım olduğunu bildirib.
"Mən Silahlı Qüvvələr nazirinə 2025-ci ilə qədər ölkədə bütün xarici hərbi mövcudluğun dayandırılmasına imkan verəcək yeni doktrina hazırlamağı tapşırmışam" – deyən prezident daha əvvəl ölkədəki Fransa hərbi bazasının bağlanmalı olduğunu desə də, tarix açıqlamamışdı.
Seneqalda qoşunları olan yeganə xarici qurum olan Fransanın ölkədə daimi bazası və təxminən 350 əsgəri var.
Çində marketdə yanğın nəticəsində 8...
Türkiyənin Malatya şəhərində zəlzələ...
Bu gün Günəş Yerə ən yaxın məsafədə...
Böyük Britaniyada xərçəngə qarşı...
Braziliyada AZAL-ın qəzaya uğrayan...