5 yanvar 2025, bazar Bakı, 4°C
IMG-LOGO

Cənubi Sandviç adaları ərazisində 6,0 maqnitudalı zəlzələ olub

01-01-2025
IMG

Cənubi Sandviç adaları ərazisində 6,0 maqnitudalı zəlzələ baş verib.

Fhnews.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanlar yerli vaxtla saat 10:48-də (Bakı vaxtı ilə 17:48) Cənubi Georgiya və Cənubi Sandviç adaları akvatoriyasında qeydə alınıb. Yeraltı təkanların ocağı 78 km dərinlikdə yerləşib.

Təbii hadisədən sonra dağıntılar barədə məlumat daxil olmayıb, sunami təhlükəsi elan edilməyib.

Qeyd edək ki, sözügedən adalar qrupu Atlantik okeanın cənubunda, Amerika qitəsinin yaxınlığında yerləşir.

Paylaş: