Dünya Yeni ili qarşılayır
Dünyanın əksər ölkələri artıq 2025-ci ili qarşılayıb.
Fhnews.az xəbər verir ki, Yer planetində bütün ölkələrin 2025-ci ilə daxil olması təxminən 1 gün çəkəcək. Buna səbəb saat qurşaqları fərqidir.
2025-ci ili ilk qarşılayan yeni Zelandiyanın Oklend şəhəri olub. Bu ölkəyə yeni il Azərbaycandan 9 saat əvvəl gəlib. Keçmiş SSRİ məkanında isə yeni ili ilk qarşılayanlar Rusiyanın Kamçatka vilayətinin sakinləri olub.
2025-ci ili ən gec qarşılayanlar isə Samoa vətəndaşları olacaq. Sakit okeanda yerləşən bu ada dövlətinin Qrinviçlə zaman fərqi 9 saatdır. ABŞ-ın Sakit okeanda yerləşən 2 məskunlaşmamış adası da Yeni ili ən son qarşılayanlar arasında yer alır.
Antarktidada isə bütün saat qurşaqları mövcud olduğu üçün hər stansiya Yeni ilə yerləşdiyi qurşağa görə qədəm basacaq.
ABŞ-da kiçik təyyarə mebel fabrikinin...
Qazaxıstanda qar fırtınası zamanı...
Serbiyanın paytaxtı Belqradda artıq...
“JetBlue” gecikmələrə görə 2 milyon...
Hanoyda hava çirkliliyi yüksək həddə...