5 yanvar 2025, bazar Bakı, 4°C
IMG-LOGO

İran üç Avropa ölkəsi ilə nüvə danışıqlarını müzakirə edəcək

01-01-2025
IMG

İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi deyib ki, İran ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında 2015-ci ildə imzalanan, lakin 2018-ci ildə ABŞ-nın birtərəfli qaydada geri çəkilməsi səbəbiylə problemlər yaranan Birgə Hərtərəfli Fəaliyyət Planından  sonra tərəflər yanvarın 13-də yenidən görüşəcəklər.

İranın rəsmi xəbər agentliyi İRNA-nın məlumatına görə, Qəribabadi paytaxt Tehranda keçirilən proqramda nüvə müzakirələri ilə bağlı açıqlamalar verib.

Sözügedən görüşün danışıqlar olmadığını vurğulayan Qəribabadi görüşün yenidən başlanacağı təqdirdə danışıqların hansı çərçivə və üsulla aparılacağı ilə bağlı məsələlərin aydınlaşdırılması və əlavə məsləhətləşmələr keçiriləcəyini bildirib.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı  adlanan nüvə sazişi 14 iyul 2015-ci ildə İran ilə Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının  daimi üzvləri ABŞ, Rusiya, Çin, İngiltərə, Fransa və Almaniya arasında imzalanıb. (5+1).

Paylaş: