4 yanvar 2025, şənbə Bakı, 8°C
IMG-LOGO

ABŞ-nın Tayms Meydanında yüz minlərlə insan Yeni ili qarşılayıb

01-01-2025
IMG

Yerli vaxtla saat 18.00-da başlayan bayram proqramı müxtəlif sənətçilərin konsertləri, rəqs qruplarının çıxışları və müxtəlif əyləncə tədbirləri ilə leysan yağışına baxmayaraq gecə yarısına qədər davam edib.

Saat 23.59-u göstərəndə Nyu-York meri Erik Adams 60 saniyəyə düşəcək işıqlı kristal kürənin düyməsini sıxıb.

32 mindən çox enerjiyə qənaət edən LED lampadan ibarət diametri 3,6 metr və çəkisi təxminən 5,5 ton olan kristal kürə geri sayımla 21 metrlik dirəkdən yerə atılıb.

Kristal kürə ilə yanaşı, yeni ilin ilk dəqiqələrində binalardan buraxılan 1 tondan çox konfeti və pirotexniki şou Tayms Meydanında gözəl görüntülər yaradıb.

Eyni zamanda şəhərin müxtəlif yerlərində, xüsusilə Nyu-Yorkun ən mühüm simvollarından biri olan Azadlıq Heykəlinin ətrafında atəşfəşanlıq olub.

Yerli kanallar, internet portalları və sosial media proqramlarında canlı yayımlanan Nyu-Yorkdakı yeni il şənliyini dünya üzrə təxminən 1 milyard insanın izlədiyi təxmin edilir.

Qeyd edək ki, dünyanın diqqətini çəkən Tayms Meydanında Yeni il şənlikləri İkinci Dünya Müharibəsi və Covid-19 epidemiyası zamanı fasilələr istisna olmaqla, 1904-cü ildən bəri ictimaiyyətə açıq keçirilir.

Paylaş: