Avropa İttifaqına sədrlik 6 ay müddətinə Polşaya keçdi
Polşa 6 ay müddətində Avropa İttifaqı üzvləri arasında rotasiya üzrə sədrlik edəcək.
Bu gündən etibarən Polşa mandatı Macarıstandan götürüb.
Avropa İttifaqına üzv dövlətlər arasında hər 6 aydan bir rotasiya ilə seçilən müddətli sədrlik 2025-ci il iyulun 1-dək Polşa tərəfindən həyata keçiriləcək.
Rusiya-Ukrayna müharibəsindən və qonşu Belarusdan ən çox təsirlənən Aİ ölkəsi olan Polşa digər üzv dövlətləri müdafiə xərclərini artırmağa və Avropanın müdafiə sənayesini gücləndirməyə təşviq edəcək.
Polşa həmçinin Avropa İttifaqının xarici sərhədlərində miqrasiya və təhlükəsizlik problemlərini kompleks şəkildə həll etmək, qeyri-qanuni miqrasiyanın azaldılması və geri qayıtma prosedurlarını aktivləşdirmək üçün yeni həllər üzərində işləməyə hazırlaşır.
Belarusun immiqrantlardan silah kimi istifadə etdiyini və hibrid müharibə ilə üzləşdiyini qeyd edən Varşava administrasiyası dezinformasiya ilə mübarizəyə və enerji asılılığının azaldılmasına da diqqət yetirəcək.
Polşa bu vəzifəni 2025-ci il iyulun 1-də Danimarkaya təhvil verəcək.
Süni intellekt həkimlərə intihar riskini...
TƏDQİQAT : Siqaret ömrü təxminən 20...
Kolumbiyada avtobus uçurumdan aşıb, 13...
Türkiyədəki “Göbəkli-Təpə” kompleksini...
Təzyiq dərmanı beyin şişinə çarə ola...