MSK sədri: Hazırda bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayı 15 min 696 nəfərdir
Yanvarın 29-da keçiriləcək bələdiyyə seçkilərində 118 seçki dairəsini əhatə edən 685 bələdiyyə üzrə 16708 nəfər namizədlik üçün müraciət edib.
Fhnews.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov komissiyanın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, qeydiyyata alınanların sayı 15 min 696 nəfərdir: "15 min 729 namizəd qeydiyyata alınsa da, onlardan 33 nəfər prosesi dayandırıb və namizədliklərindən imtina edib, 1 nəfər isə ölüb. 16 min 460-ı imza vərəqələri alıb və 16 min 23-ü imza vərəqələrini qaytarıb. Qeydə alınanadək, eləcə də qeydə alındıqdan sonra ümumilikdə 124 nəfər seçki prosesindən çıxıb. Hazırda bələdiyyə üzvlüyünə qeydə alınan namizədlərin sayı 15 min 696 nəfərdir"-deyə o qeyd edib.
İranın müvəqqəti işlər vəkili Azərbaycan...
Azərbaycanda karantin rejiminin...
Azərbaycanda Rusiya vətəndaşlarının...
Litvanın yeni xarici işlər naziri...
Ayxan Hacızadə: Azərbaycan Suriyanın...