Almaniyada supermarketdə naməlum maddənin yayılmasından 40-dək insan zərər çəkib
Almaniyanın Saksoniya əyalətinin Valdhaym şəhərində supermarketə naməlum maddənin yayılması nəticəsində 40-dan çox insan zərər çəkib.
Fhnews.az "Spiegel" qəzetinə istinadla xəbər verir ki, polis ötən gün axşam saatlarında baş vermiş hadisə nəticəsində 41 nəfərin xəsarət aldığını bildirib. Onlar narahatlıq və tənəffüs yollarının qıcıqlanmasından əziyyət çəkdiklərini deyiblər. Həmin şəxslərin 15-i müayinə və müalicə üçün xəstəxanaya aparılıb.
Polis insan sağlamlığına ziyan vuran həmin maddənin müəyyənləşdirilməsi və onun supermarketdə necə yayılmasının aydınlaşdırılması üçün istintaqa başlayıb. Ticarət mərkəzi müvəqqəti olaraq bağlı elan edilib.
Mançesterdə fövqəladə vəziyyət elan...
Tunis sahillərində ən azı 27 miqrant...
“AirBaltic” 4600-dən çox reysi ləğv...
166 milyon illik kəşf...
Krasnoyarskda müşahidə edilən "Şimal...