4 yanvar 2025, şənbə Bakı, 9°C
IMG-LOGO

Təbii fəlakətlər 2024-cü ildə insan tələfatı, xəsarət və maddi ziyana səbəb olub

31-12-2024
IMG

Təbii fəlakətlər 2024-cü ildə bir çox ölkədə həyata mənfi təsir göstərərək minlərlə insanın ölümünə, yaralanmasına və maddi ziyana səbəb olub.

2024-cü ildə təbii fəlakətlərlə mübarizə aparan bəzi ölkələr həddindən artıq yağış səbəbiylə sel və daşqınlarla mübarizə aparıb.

Bəzi ölkələrdə zəlzələlər və yüksək temperatur , bəzi ölkələrdə isə meşə yanğınları insan həyatına son qoyub.

Cənubi Asiyada təsirli olan “Yagi” qasırğasının səbəb olduğu şiddətli yağışlar nəticəsində bölgə ölkələrində 840-dan çox insan həyatını itirib.

Hindistanın cənubundakı Kerala əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində 358 nəfər həyatını itirib.

Qərbi Afrika ölkəsi Nigerdə iyun-oktyabr ayları arasında yağan güclü yağışların səbəb olduğu daşqınlarda 339 nəfər ölüb.

Şərqi Asiya ölkəsi Yaponiyada isə yay aylarında yüksək temperaturdan 248 nəfər dünyasını dəyişib.

ABŞ-na təsir edən “Helene” qasırğasında ən az 230 adam həyatını itirdiyi halda, İspaniyada daşqınlar 231 nəfərin həyatına son qoyub.Beləliklə, yola saldığımız ilin təqviminə nəzər salaq:

- Yanvarın 1-də yerli vaxtla saat 16.10-da Yaponiyanın qərbindəki İşikava əyalətində və bu bölgədə Noto yarımadasının sahillərində baş verən zəlzələlərdə 475 nəfər həyatını itirib.

- Afrikanın cənub-şərq sahillərində bir ada ölkəsi olan Madaqaskarda “Alvaro” qasırğası nəticəsində 19 nəfər ölüb.

- Yanvarın 13-də Kolumbiyanın Choco inzibati bölgəsində magistral yolda baş verən sürüşmə  39 can alıb.

- Yanvarın 22-nə olan məlumata görə, ABŞ-da şiddətli arktik soyuqlar səbəbindən ölkə üzrə 92 nəfər ölüb.

- Yanvarın 22-də Çinin cənub-qərbindəki Yunnan əyalətində baş verən sürüşmə nəticəsində 44 nəfər həyatını itirib.

- Cənubi Amerika ölkəsi Çilinin mərkəzi və cənub hissələrini əhatə edən meşə yanğınlarında 122 nəfər ölüb.

- Filippinin cənubunda baş verən sürüşmədə 92 nəfər həyatını itirib.

- Əfqanıstanın Nuristan və Pəncşir əyalətlərində güclü qar yağmasından sonra baş verən qar uçqunu və sürüşmə nəticəsində 27 nəfər ölüb.

- Fransanın mərkəzindəki Klermon-Ferran şəhərində qar uçqunu nəticəsində 4 nəfər vəfat edib.

- Fevralın 22-də Avstraliyanın cənub-şərqindəki Viktoriya əyalətində başlayan meşə yanğınları "fəlakətli" səviyyəyə yüksəldiyi üçün təxminən 30  min insandan olduqları ərazini boşaltmaları istənilib.

- Pakistanda güclü yağışlar nəticəsində bəzi evlərin dam və divarlarının uçması nəticəsində 32 nəfər həyatını itirib.

- İndoneziyanın Sumatra adasında baş verən sel və torpaq sürüşmələri nəticəsində 26 nəfər ölüb.

- Fransanın cənub-şərq sahillərində, Qard əyalətində təsirli olan "Monika" qasırğasının yaratdığı daşqın  3 can alıb. 

- 25 gün ərzində Əfqanıstanda əlverişsiz hava şəraiti səbəbindən 60-dan çox insan həyatını itirib. 1600-dən çox evin zədələndiyi bölgədə minlərlə heyvan tələf olub.

- Braziliyanın Espirito Santo əyaləti və Rio-de-Janeyroda leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 27 nəfər həyatını itirib.

- Meksikada güclü külək səbəbindən quraqlıq yaşayan 15 ştatda 58 meşə yanğını baş verib. Yanğın nəticəsində 1421 hektardan çox meşə sahəsinə ziyan dəyib.

- Afrikanın şərq sahilindəki ada ölkəsi Madaqaskarın şimalında təsirli olan Qamane qasırğası nəticəsində 18 nəfər həyatını itirib.

- Tayvanın Hualien şəhərində baş verən 7,4 bal gücündə zəlzələ nəticəsində 18 nəfər ölüb, 1100-dən çox insan yaralanıb.

- Yaponiyanın Miyazaki prefekturasında orta məktəbdə  futbol matçı zamanı meydançaya ildırım düşməsi nəticəsində ikisi ağır olmaqla 16 nəfər yaralanıb.

- İndoneziyanın Sulavesi adasında baş verən sürüşmədə ən azı 23 nəfər, Əfqanıstanda isə daşqınlar nəticəsində 33 nəfər həyatını itirib.

- Pakistanın Pəncab, Bəlucistan və Xayber Paxtunxva əyalətlərində güclü yağışlar və ildırım çaxması nəticəsində 63 nəfər ölüb.

- Tanzaniyada güclü yağışların səbəb olduğu daşqınlar 155 nəfərin ölümünə səbəb olub.

- ABŞ-nın Oklahoma və Ayova ştatlarında baş verən tornadolarda 5 nəfər ölüb.

- Taylandda 2024-cü ilin əvvəlindən bəri həddindən artıq istilər səbəbindən 61 nəfər ölüb.

- Əfqanıstanın Baqlan əyalətində daşqınlar nəticəsində 300-dən çox insan həyatını itirib.

- Keniyada isə leysan yağışların səbəb olduğu daşqınlarda 277 nəfər ölüb. Bütün ölkədə milli matəm elan edilib.

- İndoneziyanın Qərbi Sumatra əyalətində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 67 nəfər, Braziliyada leysan yağışların səbəb olduğu daşqınlar nəticəsində 158 nəfər, ABŞ-nın Ayova ştatında isə mərkəzi hissədəki ştatları təsir edən şiddətli tufan və tornadolar nəticəsində 5 nəfər ölüb.

- İranda baş verən daşqın və tufanlarda 61 nəfərin həyatını itirdiyi açıqlanıb.

- ABŞ-nın Texas ştatını təsir edən fırtınada 5 nəfər, Texas, Oklahoma, Arkanzas və Kentukki ştatlarını da vuran fırtınada isə 22 nəfər həyatını itirib.

- Hindistan və Banqladeşdə təsirli olan Remal siklonunun yaratdığı sel və torpaq sürüşmələrində 55 nəfər, Hindistanın bəzi əyalətlərində isə yüksək temperaturdan 40 nəfər ölüb.

- Hindistanın bəzi ştatlarına təsir edən isti hava səbəbindən 81 nəfər həyatını itirib, Meksikada isə ilin əvvəlindən bu yana davam edən istilər nəticəsində 155 nəfər ölüb.

- Mərkəzi Amerika ölkəsi El Salvadorda leysan yağışların səbəb olduğu daşqınlarda 19 nəfər, Hindistanın Assam əyalətində yağan yağışların səbəb olduğu daşqınlarda 27 nəfər həyatını itirib, təxminən 171 min insan isə didərgin düşüb.

- Çinin Quandun əyalətində güclü yağışın səbəb olduğu daşqınlarda 47, Qərbi Afrika ölkəsi Fil Dişi Sahilində isə güclü yağış nəticəsində 24 nəfər ölüb.

- Pakistanın Sind əyalətinin Kəraçi şəhərində həddindən artıq istilər səbəbindən 29 nəfər dünyasını dəyişib.

- İsveçrənin cənubundakı Valais və Tiçino kantonlarında daşqın və torpaq sürüşmələri nəticəsində 4 nəfər həyatını itirib.

- Nigerdə güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində 27 nəfər ölüb.
- İndoneziyanın Sulavesi adasında güclü yağış nəticəsində qızıl mədənində baş verən torpaq sürüşməsi nəticəsində 23 nəfər həyatını itirib.
- ABŞ-ın bir çox ştatlarına təsir edən həddindən artıq istilər 27 nəfərin ölümünə səbəb olub.
- Hindistanın şimal-şərqində güclü yağışların yaratdığı daşqınlarda 90 nəfər, Uttar Pradeş və Bihar ştatlarında isə ildırım vurması nəticəsində 63 nəfər ölüb.
- Əfqanıstanın şərqindəki Nangerhar əyalətində güclü yağış və tufan nəticəsində 35 nəfər həyatını itirib.

- Avropa Birliyinin  Kopernik peyk izləmə sistemi ilə aparılan ölçmələrə görə, 21 iyul qlobal miqyasda qeydə alınan "ən isti gün" olaraq qeyd edilir.

- Efiopiyanın cənubunda baş verən sürüşmə nəticəsində 257 nəfər ölüb, ölkədə 3 günlük matəm elan edilib.

- Filippin və Tayvanda təsirli olan Gaemi qasırğasının səbəb olduğu sel və torpaq sürüşmələrində 42 nəfər, Pakistanın şimal-qərb və cənub-şərqində güclü yağışların səbəb olduğu fəlakətlərdə isə 25 nəfər həyatını itirib.

- Çinin Şaansi əyalətində körpünün uçması nəticəsində 38 nəfər həyatını itirib.

- Hindistanın cənubundakı Kerala əyalətində leysan yağışların səbəb olduğu torpaq sürüşmələrində 358 nəfər ölüb.

- Pakistanda musson yağışları və daşqınlar nəticəsində 154 nəfər həyatını itirib.

- ABŞ-nın cənub-şərqindəki ştatlara təsir edən “Debbi” qasırğasında 7 nəfər həyatını itirib.

- Sudanın 7 ştatında leysan yağışlar və daşqınlar nəticəsində isə 77 nəfər ölüb.

- Hindistanın Racastan əyalətində leysan yağışlar nəticəsində baş verən qəzalarda azı 20 nəfər ölüb.

- Mərkəzi Afrika ölkəsi Çadda güclü yağışların səbəb olduğu daşqınlarda ən azı 60 nəfər həyatını itirib.

- Hindistanın şərqindəki Tripura əyalətində təsirli musson yağışlarının səbəb olduğu sel və torpaq sürüşmələrində 22 nəfər həyatını itirib.

- Cənubi Koreyada həddindən artıq istilər səbəbindən 28 nəfər ölüb.

- Taylanda təsir edən musson yağışlarının yaratdığı sel və torpaq sürüşmələrində 22 nəfər, Banqladeşdə güclü yağış nəticəsində çayların daşması nəticəsində meydana gələn daşqınlarda isə 27 nəfər həyatını itirib.

- Qərbi Afrika ölkələrindən olan Nigeriyada leysan yağışlar nəticəsində baş verən daşqınlarda 170 nəfər həyatını itirib.

- Hindistanın qərbindəki Qucarat ştatında güclü yağışlar nəticəsində 28 nəfər ölüb.

- Sudan Səhiyyə Nazirliyi ölkənin 11 əyalətində daşqınlar nəticəsində 173 nəfərin həyatını itirdiyini bildirib.

- Hindistanın şimalındakı Himaçal Pradeş əyalətində musson yağışları nəticəsində 150 nəfər həyatını itirib.

- Nigeriyada həddindən artıq yağışlar nəticəsində meydana gələn daşqınlarda 192 nəfər, Banqladeşdə güclü yağışlara görə çayların daşması nəticəsində meydana gələn daşqınlarda isə 67 nəfər həyatını itirib.

- Bu yay Yaponiyada istidən 248 nəfərin dünyasını dəyişib. 

- Qərbi Afrika ölkəsi Nigerdə leysan yağışların səbəb olduğu daşqınlarda 273 nəfər, Vyetnamda 31 avqustdan sonra ölkənin şimalına təsir edən Yagi qasırğasının törətdiyi fəlakət və qəzalarda isə 292 nəfər həyatını itirib.

- Avropa ölkələri Rumıniya, Avstriya, Polşa, Çexiya, Macarıstan və Slovakiyada leysan yağışların səbəb olduğu daşqınlarda ümumilikdə 20 nəfər ölüb.

- Nigeriyada leysan yağışlar və onların törətdiyi daşqınlar nəticəsində 269 nəfər ölüb.

- Filippində Ferdie, Gener və Helen adlı tropik fırtınalarda 23 nəfər həyatını itirərkən, təxminən 1 milyon insan bu hava hadisələrindən təsirlənib.

- Yaponiyanın qərbindəki İşikava əyalətinin Noto və Suzu bölgələrinə yağan güclü yağışlar nəticəsində 9 nəfər həyatını itirib.

- Myanmada “Yagi” qasırğasının törətdiyi güclü yağışlar nəticəsində baş verən sel və torpaq sürüşmələrində 419 nəfər ölüb.

- Cənubi Asiya ölkəsi Nepalda yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələrində 148 nəfər ölüb.

- Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Cənub-Şərqi Asiya ölkələrini vuran “Yagi” qasırğasının yaratdığı fəlakətlərdən 6 milyona yaxın uşağın mənfi təsirləndiyini bildirib.

- Cənubi Asiya ölkəsi Nepalın paytaxtı Katmandu və ətraflarında leysan yağışların səbəb olduğu sel və torpaq sürüşmələrində 241 nəfər həyatını itirib.

- Sentyabrın 24-dən 29-a kimi ABŞ-nın Florida ştatının sahil zolağına çıxan “Helene” qasırğası ən azı 230 nəfərin ölümünə səbəb olub.

- Nigerdə iyun-oktyabr ayları arasında yağan güclü yağışlar nəticəsində 339 nəfər ölüb.

- ABŞ-nın Florida ştatına 3-cü kateqoriya ilə çatan “Milton” qasırğası isə  3 milyondan çox insanı işıqsız qoyub.

- Filippinin şimal-şərqində “Trami” Tropik fırtınasının səbəb olduğu yağış, sel və torpaq sürüşmələri nəticəsində 97 nəfər həyatını itirib, Nigeriyada baş verən sel fəlakətində isə ölkə daxilində ən az 320 adam həyatını itirib.

- İndoneziyanın Flores adasında baş verən vulkan partlayışında 9 nəfər, Uqandada qaçqın düşərgəsinə ildırım düşməsi nəticəsində 13-ü uşaq olmaqla 14 nəfər həlak olub.

- İspaniyanın şərq və cənub bölgələrində oktyabrın 29-dan noyabrın 16-dək yağan leysan yağışların səbəb olduğu daşqınlarda 231 nəfər həyatını itirib, 3 nəfər itkin düşüb.

-İndoneziyanın Sumatra adasında qəfil daşqın və torpaq sürüşməsi 20 nəfərin ölümünə səbəb olub.

- Fransanın Hind okeanındakı koloniyası olan Mayot adasında təsirli olan “Çido” qasırğası 14 nəfərin ölümünə, 250-dən çox insanın yaralanmasına səbəb olub.

Paylaş: