Almaniyanın Ştutqart şəhərində birmühərrikli təyyarə qəzaya uğrayıb
Almaniyanın Ştutqart şəhərində birmühərrikli kiçik təyyarə qəzaya uğrayıb.
Fhnews.az “Spiegel” qəzetinə istinadla xəbər verir ki, 77 yaşlı pilotun “Cessna” markalı təyyarəni hava limanına endirmək cəhdi qatı duman səbəbindən uğursuz olub. Qəza nəticəsində pilot yüngül, 70 yaşlı sərnişini isə ağır xəsarət alıb.
Hadisə ilə əlaqədar hava limanında uçuş əməliyyatları saat yarım ərzində dayandırılıb. Qəzanın baş verdiyi əraziyə ümumilikdə 20-dək xilasetmə və yanğınsöndürmə briqadası və polis qüvvələri cəlb olunub, araşdırma aparılır.
Mançesterdə fövqəladə vəziyyət elan...
Tunis sahillərində ən azı 27 miqrant...
“AirBaltic” 4600-dən çox reysi ləğv...
166 milyon illik kəşf...
Krasnoyarskda müşahidə edilən "Şimal...