2 yanvar 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

NATO-nun 2027-ci il sammiti Albaniyada keçiriləcək

30-12-2024
IMG

Albaniyanın baş naziri Edi Rama NATO-nun 2027-ci il sammitinin paytaxt Tiranada keçiriləcəyini açıqlayıb.

Mətbuata açıqlama verən Rama bir çox mövzu ilə yanaşı, ölkəsinin təşkil edəcəyi zirvə və beynəlxalq toplantılarla bağlı açıqlamalar verib.
Albaniyanın beynəlxalq səviyyədə hörmət edilən bir ölkə olduğunu bildirən Rama ölkəsinin 16 may 2025-ci ildə Avropa Siyasi Birliyinin  sammitinə ev sahibliyi edəcəyini xatırladıb.

Rama "Daha inanılmazı odur ki, 2027-ci ildə Tiranada NATO zirvəsinə ev sahibliyi edəcəyik. Bu barədə NATO ilə işə başlamışıq"-deyib.

Baş nazir Albaniyada keçirilməsi planlaşdırılan NATO sammitində ABŞ prezidentinin və bütün NATO liderlərinin Tiranaya gəlişinin  həm də Albaniyanın beynəlxalq arenada yeni siyasi mövqeyi ilə bağlı hər kəsə açıq bir mesaj olduğunu xatırladıb.

Paylaş: