4 yanvar 2025, şənbə Bakı, 9°C
IMG-LOGO

Bu gün dünyada güclü geomaqnit qasırğasının baş verəcəyi gözlənilir

31-12-2024
IMG

Günəşdə baş verən partlayış nəticəsində yaranan güclü geomaqnit qasırğası bu gün Yer kürəsini vuracaq.

Günəşi tədqiq edən astrofizik Ryan French X sosial media hesabında mövzu ilə bağlı açıqlama verib.

Son bir neçə gündə günəşdə güclü partlayışlar yaşandığına diqqət çəkən astrofizik bu partlayışlardan qaynaqlanan maqnit qasırğasının 31 dekabrda dünyaya təsir edəcəyini gözlədiyini ifadə edib.

“Space.com” saytında yer alan xəbərə görə, fırtınanın şiddətinin G3 (güclü) səviyyəsində olacağı və təsirinin 31 dekabr saat 05:00 ilə 1 yanvar saat 06:00 arasında müşahidə ediləcəyi gözlənilir.

Xəbərdə geomaqnit fəaliyyətlərə səbəb olan fırtınanın ümumiyyətlə şimal ölkələrində görülən şimal işıqları adlanan səmada rəngli işıqların meydana gəlməsinə səbəb olacağı və bu vəziyyətin bir çox ölkədə görülə biləcəyi ifadə edilib.

Paylaş: