2 yanvar 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

İndoneziyada vulkan püskürüb

30-12-2024
IMG

İndoneziyanın aktiv vulkanlarından biri olan Dukono vulkanı püskürüb. Vulkanın püskürməsini görməyə çalışan turistlər partlayış böyüdükcə qorxu içində həyəcanlı anlar yaşayıblar. Xoşbəxtlikdən xəsarət alan olmayıb. 

Qeyd edək ki, Dukono vulkanı 1933-cü ildən aktivdir. İndoneziya 450 aktiv vulkanın yerləşdiyi Sakit Okean Atəş Halqasının ortasında yerləşir. Halmahera adası da bunlardan ikisinə ev sahibliyi edir. Bu səbəbdən əslində vulkana yaxınlaşmaq qadağandır. Lakin turistlər xəbərdarlıqlara məhəl qoymayaraq vulkana yaxınlaşmağa cəhd ediblər. Xəsarət alan olmasa da turstlər həyəcan dolu anlar yaşayıblar.

Paylaş: