Ümumdünya Meteorologiya Təşkilatı: "İqlim dəyişikliyi 2024-cü ildə dünyaya təsir edib
Ümumdünya Meteorologiya Təşkilatı iqlim dəyişikliyinin təsirlərinin 2024-cü ildə dünyaya təsir etdiyini açıqlayaraq bu ilin ən isti il olduğu qənaətinə gəlib. Təşkilatın iqlim hadisələrinin təsiri ilə bağlı hesabatı dərc edilib.
Hesabatda bu ilin ən isti il olduğu, istixana qazlarının səviyyəsinin rekord səviyyələrə çatmağa davam etdiyi və gələcəkdə daha çox istiliyə səbəb olacağı ifadə edilib.
Hesabatda fikirlərinə yer verilən ÜMT-nın Baş Katibi Celeste Saulo vəzifəsinin ilk ilində iqlimin vəziyyəti ilə bağlı dəfələrlə "qırmızı xəbərdarlıq" verdiyini xatırladıb və əlavə edib ki, iqlim dəyişikliyi, demək olar ki, hər gün ekstremal hava hadisələrinin artan tezliyi və təsiri şəklində gözlərimiz önündə baş verir. Bu il biz bir çox ölkədə rekord qıran yağışlar, daşqınlar,eləcə də insanlar üçün ürək ağrıdan dəhşətli insan tələfatı gördük.
Tropik siklonların dəhşətli insan və iqtisadi itkilərə səbəb olduğunu vurğulayan Saulo "Güclü istilər onlarla ölkəni yandırdı, temperatur bir çox hallarda 50 dərəcəni keçdi. Meşə yanğınları dağıntılara səbəb oldu" -deyərək təəssüf hissi keçirib.
Mançesterdə fövqəladə vəziyyət elan...
Tunis sahillərində ən azı 27 miqrant...
“AirBaltic” 4600-dən çox reysi ləğv...
166 milyon illik kəşf...
Krasnoyarskda müşahidə edilən "Şimal...