Bir neçə müntəzəm avtobus marşrutu üzrə keçirilən müsabiqənin qalibləri müəyyən edilib
Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən sərnişindaşıma sahəsində rəqabətli mühitin, marşrutların təhkim edilməsində qanunvericiliyin tələblərinin təmin edilməsi ilə bağlı tədbirlərin davamı olaraq Bakı-Sınıq Körpü (Qazax Sərhəd-Keçid Məntəqəsi), Bakı-Tərtər, Bakı-Bərdə, Bakı-Gədəbəy, Bakı-Göygöl, Bakı-Kürdəmir, Sumqayıt-İsmayıllı şəhərlərarası avtobus marşrutları üzrə müsabiqənin qalibləri müəyyən edilib.
AYNA-dan bildirilib ki, “Bakı-Sınıq Körpü” (Qazax Sərhəd-Keçid Məntəqəsi), “Bakı-Tərtər” və “Bakı-Bərdə” marşrutları üzrə hüquqi şəxs “BakuBus” MMC, “Bakı-Gədəbəy” marşrutu üzrə hüquqi şəxs “Xoşqədəmli” MMC, “Bakı-Göygöl” marşrutu üzrə fiziki şəxs Qurbanov Bilal Xeyrəddin oğlu, “Bakı-Kürdəmir” marşrutu üzrə fiziki şəxs Cəfərov Soltan Şəmsəddin oğlu, “Sumqayıt-İsmayıllı” marşrutu üzrə fiziki şəxs İslamov Mərdan Əfqan oğlu komissiya üzvləri tərəfindən qalib elan olunublar.
Qeyd edək ki, şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, AYNA tərəfindən mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.
Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli müvafiq qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.
Tikinti obyektlərinin su təchizatı və...
Tarif Şurası elektrik enerjisinin...
Təbii qazın ölkədaxili tarifləri...
Tarif Şurası əhaliyə göstərilən istilik...
Azərbaycan və İran arasında sərhəd-keçid...