2 yanvar 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

Filippinin şimalında güclü zəlzələ olub

30-12-2024
IMG

Filippinin şimalında 5,6 maqnitudalı zəlzələ olub.

Fhnews.az xəbər verir ki, bu barədə ABŞ-nin Geoloji Xidməti bildirib.

Xidmətə görə, zəlzələnin episentri əhalisi təxminən 25 min nəfər olan Paqudpud şəhərindən 2 km cənub-şərqdə yerləşib. Yeraltı təkanların ocağı 50 km dərinlikdə olub. Təbiət hadisəsi yerli vaxtla 10:56-da (Bakı vaxtı ilə 06:56) qeydə alınıb.

Tələfat və dağıntı barədə məlumat verilməyib. Regionda sunami təhlükəsi elan olunmayıb.

Paylaş: