2 yanvar 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

Süni intellektin bəşəriyyəti məhv etmə ehtimalı 20 faizə yüksəlib

30-12-2024
IMG

“Süni intellektin atası” kimi tanınan professor Geoffrey Hinton süni intellektin bəşəriyyətin sonunu gətirməsi ehtimalı ilə bağlı proqnozlarını yeniləyib. Hinton bu riskin yaxın otuz ildə baş vermə ehtimalının yüzdə 20-yə qədər olduğunu bildirib.

“BBC Radio 4”-ün “Today” proqramında danışan Hinton daha əvvəl bu ehtimalı yüzdə 10 olaraq gördüyünü, lakin bu nisbəti yüzdə 20-yə yüksəltdiyini söyləyib.

Hinton bəşəriyyətin süni intellektə qarşı vəziyyətini bir bənzətmə ilə izah edib. O, bəşəriyyəti və süni intellekti “üç yaşlı uşaq” və böyük insanla müqayisə edərək, gələcəkdə insanların da uşaqlar kimi süni intellektə qarşı müdafiəsiz qalacağını bildirib.

Qeyd edək ki, Geoffrey Hinton uzun müddətdir ki, nəzarətsiz süni intellektin inkişafını tənqid edir. 

Onun süni intellektlə bağlı xəbərdarlıqları texnologiya liderləri və qanunvericilər üçün həyəcan təbili çalır. Hinton süni intellektin sürətlə inkişaf etdiyini, bəşəriyyətin gələcəyini qorumaq üçün daha sərt nəzarət mexanizmləri və etik qaydaların ən qısa zamanda işə salınması lazım olduğunu deyir.

Paylaş: