ABŞ rəsmiləri Cənubi Koreyada qəzaya uğrayan təyyarə ilə bağlı araşdırmalarda iştirak edirlər
Cənubi Koreyada 179 nəfərin öldüyü təyyarə qəzasının təhqiqatına ABŞ Federal Aviasiya Administrasiyası, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurası (NTSB) və “Boeing” şirkəti cəlb olunub.
“Yonhap”ın məlumatına görə, Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyi, ABŞ Federal Aviasiya Administrasiyasının rəsmisi, NTSB-dən 3 ekspert və “Boeing” şirkətindən 4 nümayəndə Cənubi Koreyanın Aviasiya və Dəmiryol Qəzalarını Araşdırma Şurası ilə görüşüb. “Jeju Air” təyyarəsinin qəzasını araşdırmaq üçün şirkətə məxsus Boeing B 737-800 tipli təyyarənin qəzaya uğradığı bölgədə araşdırmalara başlanıb.
Cənubi Koreyanın Torpaq, İnfrastruktur və Nəqliyyat Nazirliyinin Aviasiya Siyasəti üzrə rəhbəri Joo Jong-van keçirdiyi mətbuat konfransında ABŞ rəsmiləri ilə araşdırmanın necə və harada aparılacağı ilə bağlı müzakirələr aparıldığını bildirib.
Məlumat saxlama vahidini enerji təchizatı ilə birləşdirən bir hissənin əskik olduğu təsbit edilən qara qutunun təhlil edildiyini qeyd edən Joo deyib ki, mütəxəssislər heç bir əlaqə hissəsi olmadığı halda məlumatları əldə etmək üçün texniki üsulları araşdırır.
Joo qəza zamanı hava limanında iki hava trafiki dispetçerinin işlədiyini və səlahiyyətlilərin sözügedən hər iki şəxslə görüşdüyünü, lakin hələlik məlumatı açıqlamamağa qərar verdiyini bildirib.Təyyarənin kokpitindəki səsləri qeydə alan qara qutunun digərindən daha yaxşı vəziyyətdə olduğu qeyd edilib.
ABŞ-da kiçik təyyarə mebel fabrikinin...
Qazaxıstanda qar fırtınası zamanı...
Serbiyanın paytaxtı Belqradda artıq...
“JetBlue” gecikmələrə görə 2 milyon...
Hanoyda hava çirkliliyi yüksək həddə...