4 yanvar 2025, şənbə Bakı, 9°C
IMG-LOGO

2024-cü ildə baş vermiş təyyarə qəzaları

31-12-2024
IMG

2024-cü ildə dünya üzrə ən çox can itkisi olan 10 təyyarə qəzası baş verib. İlin ən son təyyarə qəzası  dekabrın 29-da Taylandın Banqkok şəhərindən havaya qalxan “Jeju Air”-in 7C2216 nömrəli sərnişin təyyarəsində qeydə alınıb. Təyyarə Cənubi Koreyanın paytaxtı Seulun “Muan” Beynəlxalq Hava Limanında eniş şassisi bağlı olaraq gövdəsinə endikdən sonra divara çırpılıb. 

Ölkənin ən ölümcül təyyarə qəzası kimi tarixə düşən hadisədə 4-ü ekipaj üzvü olmaqla 179 nəfər həyatını itirib, 2 kabinə işçisi isə yaralanıb. 

Dekabrın 25-də Bakıdan Qroznıya “Azərbaycan Hava Yolları”na məxsus J2-8243 reysi ilə uçan “Embraer” tipli sərnişin təyyarəsi Rusiyanın hava hücumundan müdafiə sistemi tərəfindən vurulub. Aktauda qəzaya uğrayan təyyarədə ekipaj üzvləri də daxil olmaqla 39 nəfər həyatını itirib, 29 nəfər sağ qalıb.

Avqustun 11-də Parana ştatının Kaskavel şəhərindən San-Pauluya getmək üçün havaya qalxan ATR-72 turbovintli tipli təyyarə Vinhedo şəhərində qəzaya uğrayıb, göyərtəsində olan 62 nəfərin hamısı həlak olub. 

Cənubi Asiya ölkəsi Nepalın “Saurya Hava Yolları”na məxsus CRJ-200 tipli kiçik sərnişin təyyarəsi iyulun 24-də paytaxt Katmandudan Poxara hava limanına enərkən qəzaya uğrayaraq yanıb. Təyyarədə olan 18 nəfər həlak olub, kapitan pilot sağ qalıb. 

Malavinin vitse-prezidenti Saulos Klaus Çilima və keçmiş birinci xanım Şanil Dzimbiri də daxil olmaqla 9 nəfər iyunun 10-da paytaxt Lilonqvedən Mzuzuya gedərkən içində olduqları hərbi təyyarənin qəzaya uğraması nəticəsində həyatını itirib.

Mayın 19-da İran prezidenti İbrahim Rəisi və İranın xarici işlər naziri Hüseyn Əmir Əbullahiyanı daşıyan ABŞ istehsalı olan Bell 212 tipli vertalyot Azərbaycan sərhədinə yaxın  Vərziqanda dağlıq ərazidə qəzaya uğrayıb. 6 sərnişin və ekipaj üzvü olan vertalyotda sağ qalan olmayıb. Vertalyotda Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim də olub.

Yanvarın 23-də Şimal-Qərb Ərazilərində mədən işçilərini daşıyan “Northwestern Air” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində 4-ü sərnişin və 2-si ekipaj üzvü olmaqla 6 nəfər həlak olub, 1 sərnişin isə sağ qalıb.

Yanvarın 2-də Tokionun Haneda hava limanında Yaponiya Hava Yollarına (JAL) məxsus sərnişin təyyarəsi Sahil Mühafizəsinin təyyarəsi ilə toqquşub. 379 nəfərin hamısı xilas edilərkən, təyyarə alov topuna çevrilib.Sahil təhlükəsizlik təyyarəsində olan 6 ekipaj üzvündən 5-i həyatını itirib.

Londondan Sinqapura uçan “Sinqapur Hava Yolları”na məxsus Boeing 777-300ER tipli sərnişin təyyarəsi mayın 21-də Myanma hava məkanında güclü hava burulğanına düşüb.

Paylaş: