2 yanvar 2025, cümə axşamı Bakı, 10°C
IMG-LOGO

Bu il dünya əhalisi 82 ​​milyon artıb

30-12-2024
IMG

Alman Dünya Əhali Fondu 2024-cü ildə dünya əhalisinin əvvəlki ilə nisbətən 82 milyon artdığını açıqlayıb. Əhali artımının daha çox Afrikada müşahidə edildiyi bildirilərkən, Afrikada yaşayanların sayının qarşıdakı 20 ildə iki dəfədən çox arta biləcəyi ifadə edilir.

Fondun məlumatına görə, yeni ildən etibarən dünyada 8 milyard 56 milyon insanın sağ olacağı proqnozlaşdırılıb.

2080-ci illərdə dünya əhalisinin 10 milyarda çata biləcəyini ifadə edən Fond Almaniya əhalisinin il boyu eyni səviyyədə qaldığını və təxminən 84 milyon olduğunu açıqlayıb.

Paylaş: