4 yanvar 2025, şənbə Bakı, 9°C
IMG-LOGO

ABŞ-dan İran və Rusiyaya qarşı yeni sanksiyalar

31-12-2024
IMG

ABŞ Maliyyə Nazirliyi İran və Rusiyanı 2024-cü ildə ABŞ-da keçirilmiş seçkilərə müdaxilə etməyə cəhddə ittiham edərək onlara qarşı sanksiyalar tətbiq edib.

ABŞ Maliyyə Nazirliyi İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) törəmə qurumunu və Rusiyanın hərbi kəşfiyyat agentliyinə  bağlı bir təşkilatı sanksiya siyahısına daxil edib.

Nazirlik SEPAH-a bağlı “Koqnitiv Dizayn İstehsalat Mərkəzi”, Rusiyanın hərbi kəşfiyyat agentliyinə  bağlı Moskvada yerləşən “Geosiyasi Ekspertiza Mərkəzi” və mərkəzin rəhbəri Valeri Korovinə qarşı sanksiyalar tətbiq edib. Nazirlik iddia edib ki, sözügedən təşkilatlar “2024-cü ildə ABŞ-da seçkilər zamanı ictimai-siyasi gərginliyi qızışdırmaq və ABŞ seçicilərinə təsir etmək” məqsədi güdüb.

"İran və Rusiya hökumətləri bizim seçki proseslərimizi və institutlarımızı hədəfə alıblar və məqsədyönlü dezinformasiya kampaniyaları vasitəsilə Amerika xalqını parçalamağa çalışıblar. Birləşmiş Ştatlar demokratiyamızı sarsıtmağa çalışan düşmənlərə qarşı sayıq olmağa davam edəcək" – deyə ABŞ Maliyyə Nazirinin  terrorizm və maliyyə kəşfiyyatı üzrə köməkçisinin müavini Bradley Smith deyib.

Paylaş: