Banqkokda hoteldə yanğın baş verib
Tailandın paytaxtı Banqkokda yerləşən “The Ember” hotelində baş verən yanğın nəticəsində azı üç turist həlak olub.
Fhnews.az “Khaosod” istinadən xəbər verir ki, daha yeddi turist xəsarət alıb.
Ölənlərin milliyyəti hələ müəyyən edilməyib.
Məlumata görə, həlak olan turistlərdən biri hadisə yerində ölü tapılıb, digər ikisi isə xəstəxanada vəfat edib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hoteldə 75 nəfər olub. Yanğın təxminən bir saat ərzində lokallaşdırılıb. Hazırda yanğının səbəbləri araşdırılır.
Mançesterdə fövqəladə vəziyyət elan...
Tunis sahillərində ən azı 27 miqrant...
“AirBaltic” 4600-dən çox reysi ləğv...
166 milyon illik kəşf...
Krasnoyarskda müşahidə edilən "Şimal...