1 yanvar 2025, çərşənbə Bakı, 11°C
IMG-LOGO

FHN Yeni il bayramı ilə bağlı yanğın təhlükəsizliyinə dair kütləvi maarifləndirmə tədbirləri keçirir (foto)

29-12-2024
IMG

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir.

Bu çərçivədə, Xidmət Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsizliyinin təmin olunması məqsədilə yanğına qarşı təbliğat və nəzarət tədbirlərini daha da gücləndirib.

Belə ki, Xidmətin əməkdaşları respublikamızın paytaxtında, digər şəhər və rayonlarında yerləşən ictimai-iaşə obyektlərində, əyləncə və ticarət mərkəzlərində, insanların kütləvi toplaşdığı məkanlarda yanğın-texniki müayinə və maarifləndirmə tədbirləri keçirirlər.

Tədbirlərdə ehtiyat çıxış yollarının tutulmasının, zallara normadan artıq insan buraxılmasının, pirotexniki vasitələrdən istifadə olunmasının yolverilməzliyi, küknar ağacının yerə möhkəm bərkidilməsinin, işıqlandırmada saz və standartlara uyğun vasitələrdən istifadə olunmasının, obyektlərin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməsinin vacibliyi diqqətə çatdırılır. Həmçinin, tədbirlərdə mövzu ilə bağlı geniş müzakirələr aparılır, zəruri tövsiyələr verilir, suallar cavablandırılır, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani nümayiş olunur, maarifləndirici çap məhsulları paylanılır.

Qeyd edək ki, bu kimi tədbirlər bayram ərəfəsində Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən kütləvi olaraq keçirilir.

Paylaş: