Dövlət Əmək Müfəttişliyi Xidməti daha bir mükafata layiq görülüb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “HSE Awards 2024” müsabiqəsində mükafata layiq görülüb.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası tərəfindən təşkil edilən həmin müsabiqədə Xidmətin cari ildəki innovativ fəaliyyəti, əməyin mühafizəsi və təhlükəsizliyi istiqamətində addımları münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib.
Beləliklə, Dövlət Əmək Müfəttişliyi Xidməti müsabiqənin “HSE Innovation Award” nominasiyası üzrə təltif olunub.
HSE (Sağlamlıq, Təhlükəsizlik və Ətraf Mühit) mükafatlarının təqdim olunmasının əsas məqsədi müxtəlif sənaye sahələrində sağlamlıq, təhlükəsizlik və ekoloji davamlılıqla bağlı ən yaxşı təcrübələri tanımaq və təşviq etməkdən ibarətdir.
Bakıda və Abşeron yarımadasında hava...
Bu il Ağdamda tütün məmulatlarının...
Əksər rayonlarda hava şəraiti əsasən...
Bu gündən Azərbaycanda minimum əməkhaqqı...
Azərbaycanda 2025-ci ilin ilk körpəsi...