On bir ayda “Azərkosmos”un ixrac gəlirləri 6 faizdən çox azalıb
Bu ilin yanvar-noyabr aylarında Azərbaycan Respublikasının Kosmik Agentliyi (“Azərkosmos”) tərəfindən dünyanın 50 ölkəsinə 16,9 milyon dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac olunub.
Fhnews.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın dekabr sayında bildirilib. İcmalda qeyd edilir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici müvafiq olaraq 2 ölkə çox və 1,1 milyon dollar (6,11 faiz) azdır.
Qeyd olunub ki, “Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 73 faizini təşkil edib. Cari ilin noyabr ayında isə “Azərkosmos” dünyanın 40 ölkəsinə 1,5 milyon dollar dəyərində xidmət ixrac edib.
On bir ay ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində isə 5,4 milyon dollarla Birləşmiş Krallıq, 3,5 milyon dollarla Lüksemburq, 826,1 min dollarla BƏƏ, 639,5 min dollarla Pakistan, 600,4 min dollarla Türkiyə qərarlaşıb.
Azərbaycan və İran arasında sərhəd-keçid...
Bir neçə müntəzəm avtobus marşrutu üzrə...
Bayram günlərində Bakı-Qəbələ-Bakı...
"BakuBus" Naxçıvana sərnişin daşıyacaq...
Maliyyə Nazirliyi tərəfindən “Vətəndaşın...