Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysdan
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
"Azərbaycan Hava Yolları"na məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması ilə bağlı xəbər bizi dərindən kədərləndirdi və sarsıtdı. Bu qəza nəticəsində həyatını itirən insanlara görə kədərimizi ifadə edirik.
Belə bir çətin dövrdə bizim düşüncələrimiz və dualarımız həlak olanların ailələrinin və Azərbaycan xalqının yanındadır. Qəza zamanı yaralananların tezliklə sağalmalarını diləyirik.
Azərbaycana istənilən dəstəyi göstərməyə hazır olduğumuza əmin olmağınızı xahiş edirəm.
Hörmətlə,
Roland Prays
Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru
Sudan Respublikasının Suveren Keçid...
Kuba Respublikasının Prezidenti...
Surinam Respublikasının Prezidenti...
Dünya Turizm Təşkilatının Baş katibi...
Finlandiya Respublikasının Prezidenti...